|
Aze Eng |
|
|
|
|
International Conference & Exhibition Integrated Approach for Unlocking Hydrocarbon Resources
Hydrocarbon Potential and VIII Azerbaijan International Petroleum Geology of Geophysical Conference Caspian & Black seas Region 3, 4, 5 October 2012 Baku, Azerbaijan
|
Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinə üzv olmaq istəyənlər üçün anket forması |
|
ANGC haqqında
Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti (ANGC) geologiya elminin tərəqqisinə, bu sahədə qabaqcıl elmi mətunatın yayılması və təbliğatına və peşəkar səviyyənin artırılmasına kömək etmək məqsədilə birləşən geoloqların könüllü peşəkar qeyri-kommersiya təşkilatıdır. ANGC 1993-cü ilin mart ayında yaradılmış, 1994-cü il iyun ayında isə Amerika Neftçi Geoloqlar Assosiasiyasının rəsmi bölməsi kimi təsdiq edilmişdir. Amerika Neftçi Geoloqları Assosiasiyası 1917-ci ildən fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrində 40-dan artıq bölməsi mövcuddur. 1996-cı ilin dekabr ayında ANGC Avropa Yer elmləri və Mühəndisləri Assosiasiyası ilə birgə əməkdaşlıq haqqında saziş imzalamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti 17 illik fəaliyyəti müddətində Azərbaycanda aktiv fəaliyyət göstərən qeyri-dövlət təşkilatlarından biridir. Cəmiyyətin 28 May Neft Qaz Çıxarma İdarəsində (NQÇİ), Neft daşları (NQÇİ), Kompleks Qazma İşləri trestində, Azneft apparatında, Neftqazelmitədqiqatlayihə İnstitutunda, Azərbaycan Dövlət Neft Akademiyasında, ARDNŞ-ın Geologiya Geofizika İdarəsində cəmiyyətin üzvlərini birləşdirən bölmələri mövcuddur. Fəaliyyəti dövründə ANGC 4 beynəlxalq konfrans keçirmişdir. 1996-cı ilin oktyabr ayında isə Avropa Yer elmləri və Mühəndisləri Assosiasiyası ilə birgə Sürətlə çökən Hovuzların Karbohidrogen Potensialı adlı beynəlxalq simpozium keçirmişdir. 2002, 2005 və 2007-ci illərdə Avropa Yer elmləri və Mühəndisləri Assosiasiyası ilə birgə Xəzər və Qara dəniz Regionunda Neft Geologiyası və Karbohidrogen Potensialı adlı Beynəlxalq Elmi Konfrans keçirmişdir. Konfransda azərbaycanlı alim və mütəxəssislərlə yanaşı Avstriya, Əlcəzair, Bolqariya, Böyük Britaniya, Almaniya, Hollandiya, İran,Türkiyə, İzrail, Qazaxstan, Liviya, Malayziya, Norvegiya, Rusiya, Rumınya, ABŞ, Fransa, Ukrayna, İsveçrə və Cənubi Koreyadan nümayəndələr iştirak etmişdir. ANGC-nin başlıca fəaliyyət istiqaməti tələbələri və gənc mütəxəssisləri dəstəkləməkdir. Bu məqsədlə artıq 14 ildir ki, hər il tələbələrin, magistrantların və aspirantların qatıldığı Tələbə Elmi Konfransı keçirilir. Konfransın nəticələrinə əsasən tələbələrə təqaüd ayrılır, elecə də, həvəsləndirici mükafatlar təqdim olunur. Vaxt aşırı xarici ölkələrdən dəvət olunmuş alimlərin mühazirələri təşkil olunur. Tələbələrin praktiki biliklərə yiyələnməsi məqsədilə müxtəlif müəssisələrə ekskursiyalar və çöl ekskursiyaları keçirilir. Bunlarda başqa, Cəmiyyət paleontologiya, geotektonika və neft geologiyası elminə böyük töhvələr bəxş edən akademik Ə. Əlizadənin və Azərbaycanın görkəmli geoloq-alimlərindən biri olan Ş. Mehtiyevin xatirəsinə həsr olunan regional konfranslar keçirir. ANGC 2010-cu il dekabr ayında Ş.Mehtiyevin 100 illik yubileyinə həsr olunan növbəti regional konfransın keçirilmişdir. |